Avtomobil 65 yaşlı kişini vuraraq öldürdü

Avtomobil 65 yaşlı kişini vuraraq öldürdü
09:52 26 Aprel 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Agdaş rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, gecə saatlarında yolu keçmək istəyən 65 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

Belə ki, şəhər sakini, 1952-ci il təvəllüdlü Səftər Yusif oglu Əzizov yolu keçərkən hərəkətdə olan avtomobil onu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan "Report"a bildirilib ki, həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR