“Bursaspor” klubu Robert Prosineçkinin AFFA ilə müqavilə müddətindən xəbərsizdir

“Bursaspor” klubu Robert Prosineçkinin AFFA ilə müqavilə müddətindən xəbərsizdir
09:57 26 Aprel 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Türkiyənin “Bursaspor” klubu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə AFFA arasında qüvvədə olan müqavilənin müddətindən xəbərsizdir. 
“Report”un kluba yaxın olan "bursa.com"a istinadən verdiyi məlumata görə, “timsahlar” xorvatiyalı mütəxəssisin hazırkı anlaşmasının iyunda başa çatacağını güman edir. Əslində isə sövdələşmə 2017-ci ilin sonunadək qüvvədə olacaq. 
Komandanın cari mövsüm Super Liqada uğursuz çıxışı ilə əlaqədar baş məşqçi Mutlu Topçu ilə yollarını ayırmağı düşünən “Bursaspor” rəhbərliyi yenidən R.Prosineçkinin namizədliyini gündəmə gətirib. Klub prezidenti Ali Ay növbəti mövsümdə komandanın sükanı arxasında məhz Azərbaycan yığmasının baş məşqçisini görmək istəyir. 
Qeyd edək ki, yanvarda “Bursaspor”un vitse-prezidenti Ali Adəmoğlu Robert Prosineçki ilə danışıqları yekunlaşdırdıqlarını və onunla razılıq əldə etdiklərini bildirmişdi. Lakin AFFA-nın baş katibi Elxan Məmmədov xorvatiyalı mütəxəssisin müqavilə müddətinin sonuna qədər Azərbaycan millisinin sükanı arxasında qalacağını bəyan edərək, məsələyə nöqtə qoymuşdu. R.Prosineçki AFFA ilə 2014-cü il dekabrın 3-də 3 illik müqavilə bağlayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bursaspor-klubu-robert-prosineckinin-affa-ile-muqavilesinin-muddetinden-xebersizdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR