Arvadı ilə məşuqunun fotolarını Facebook-da yaydı - FOTO

Arvadı ilə məşuqunun fotolarını Facebook-da yaydı - FOTO
10:05 26 Aprel 2017
Ölkə mətbuatı
A- A+

İki yolum vardı: ya onların ikisini də öldürməliydim, ya da sivil insan kimi davranmalıydım. Mən onları rüsvay etməyə, mənəvi cəhətdən öldürməyə üstünlük verdim.

Milli.Az bildirir ki, ABŞ-ın Texas ştatındakı Emori şəhərində yaşayan Daston Hollouey arvadının ona xəyanət etməsindən şübhələnirdi. Srağagün o, işdən evə tez qayıdıb və gümanlarında yanılmadığını görüb.

Daha doğrusu, Daston arvadına beş günlük ezamiyyətə yollandığını demişdi. Axşam saatlarında evdən çıxan Daston şəhərdəki hoteldə qalıb və səhər saat 4-də evə qayıdıb.

D.Hollouey açarı ilə qapını açıb, sakitcə yataq otağına tərəf gedib. Qapını açanda o, arvadının qonşu kişi ilə yatdığını görüb.

Daston qışqırmayıb, dava salmayıb, arvadının məşuqunu öldürməyə çalışmayıb.

O, arvadı ilə bu qadının məşuqunun yuxulu vəziyyətdə fotolarını çəkərək Facebook profilində paylaşıb.

"Yaxşı kişinin yaxşı qadına haqqı var. Bu qadına isə yaxşı qadın, həyat yoldaşı, ev xanımı demək olarmı?! İlk əvvəl onları vurmaq istədim. Lakin sonra fikrimdən vaz keçdim. Arvadımı oyatmaq istədim - üzünə tüpürmək üçün. Amma o qədər içmişdi ki, özündə deyildi. Skuns kimi iy verirdi" - Daston yazıb.

Daston Holloueyin fotoları paylaşandan sonra on minlərlə insan onu dəstəkləyib.

Facebook istifadəçiləriri Dastonun soyuqqanlı, mədəni davranışını bəyəndiklərini yazıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/538807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR