Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq keçiriləcək

Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq keçiriləcək
10:07 26 Aprel 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 27-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisində, qoşunların qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Mixail Olaru keçirəcəklər.
Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/azerbaycan-ve-ermenistan-dovlet-serhedinde-monitorinq-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR