Kim Çen In ordu tarixinin ən böyük təlimini keçirdi - FOTO

Kim Çen In ordu tarixinin ən böyük təlimini keçirdi - FOTO
10:13 26 Aprel 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Koreya Xalq Demokratik Respublikası (KXDR) ordu tarixinin ən böyük təlimini keçirdi.

Publika.az xəbər verir ki, rəsmi məlumata görə, aprelin 25-i KXDR-nin xalq ordusunun 85-ci ildönümü qeyd edilib. Bu münasibətlə ölkədə hərbi təlimlər keçirilib. Təlimlərdə təxminən 300 artilleriya topu, sualtı gəmi və aviasiya iştirak edib. Təlimin əsas məqsədlərindən biri dəniz hədəflərinin məğlub edilməsinə hazırlıq olub.

Təlimləri dövlət başçısı Kim Çen In şəxsən müşahidə edib. Şimali Koreya lideri təlimlərdən məmnun qaldığını gizlətməyib.

Koreyanın (STAK) mərkəzi teleqraf agentliyi təlimi belə təsvir edib: "Sualtı qayıqlar düşmən gəmilərinə zərbələr endirmək üçün çox cəld hərəkət edir. Qırıcılar və bombalar dəniz üzərindən uçaraq hədəfi nişan alır. Bundan əlavə, sahildən 300-dən çox böyük kalibrli silahlardan atəş açılıb."

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR