Azərbaycan Qazaxıstana mineral sular və Naftalan mazı ixrac edəcək

Azərbaycan Qazaxıstana mineral sular və Naftalan mazı ixrac edəcək
10:22 26 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycan Qazaxıstana limonad, mineral sular və Naftalan mazı tədarük etmək niyyətindədir. "Report"un "BNews.kz" saytına istinadən verdiyi xəbərə görə, hazırda bununla bağlı Azərbaycan şirkətləri qazaxıstanlı həmkarları ilə danışıqlar aparır.
"Hazırda Azərbaycanın maşınqayırma, kənd təsərrüfatı, şirə istehsalı, mineral sular, spirtli içkilər, tikinti materiallarının istehsalı ilə məşğul olan 19 şirkəti təmsil edən sahibkarlar Qazaxıstanda səfərdədirlər", - deyə məlumatda qeyd edilib.
İkitərəfli görüşlər çərşivəsində azərbaycanlı iş adamları Qazaxıstan şirktlərinin nümayəndələri ilə görüş keçiriblər. Sabah iş adamlarından ibarət qrup Astanaya səfər edəcək və həmin şəhərdə ixrac məsələləri əsas müzakirə mövzusu olacaq.
"Mineral sular və Naftalan mazı Qazaxıstanda xüsusi marağa səbəb olub", - deyə məlumatda qeyd olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-qazaxistana-mineral-sular-ve-naftalan-mazi-ixrac-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR