Yaponiyada jurnalist və sakinlər haqqında təhqiramiz ifadə işlədən nazir istefaya göndərilib

Yaponiyada jurnalist və sakinlər haqqında təhqiramiz ifadə işlədən nazir istefaya göndərilib
10:22 26 Aprel 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Yaponiyanın baş naziri Sindzo Abe təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri üzrə nazir Masaxiro İmamuranı ehtiyatsız ifadələr işlətdiyi üçün istefaya göndərib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu M.İmamura baş nazirinin dəftərxanasından qayıtdıqdan sonra bildirib.
İnformasiyaya əsasən, nazirin 2011-ci ildə baş verən sunaminin vurduğu ziyanla bağlı dediyi sözlər onun vəzifədən azad olunmasına səbəb olub.  
Belə ki, M.İmamura bildirib ki, 2011-ci ildə baş verən sunaminin vurduğu ziyan 25 trilyon ien (227 milyard dollara yaxın) olub. Bundan sonra o, əlavə edib: “Yaxşı ki, sunami Toxokuda baş verib. Bu təbii fəlakət paytaxt Tokioda olsaydı vurduğu ziyan daha böyük məbləğ təşkil edərdi”.
Nazir bu fikirlərinə görə, sonradan üzr istəsə də, müxalifət onun sözlərini sunamidən əziyyət çəkən Toxoku əyaləti sakinlərinə hörmətsizlik kimi qiymətləndirib. 
Məlumatda bildirilib ki, baş nazir Sindzo Abe M.İmamuranın söylədiklərinə görə, əyalət sakinlərindən üzr istəyib.
Xəbərdə bildirilib ki, 3 həftə əvvəldə İmamura jurnalistlərə açıqlamasında “Fukusima-1” Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra təxliyyə edilən sakinlərin geri qaytımasından danışarkən deyib: “Bu onların öz işidir”. Nazir bu məsələ ilə bağlı sual verən jurnalistin üstünə qışqıraraq deyib: “Kəs səsini və bir də bura gəlmə”.
Qeyd edək ki, 2011-ci il martın11-də Yaponiyada 9,1 bal gücündə zəlzələ və hündürlüyü 40 metrdən çox olan sunami baş vermişdi. Bu təbii fəlakət nəticəsində 18 min nəfər ölmüş, “Fukusima-1” Atom Elektrik Stansiyası ətrafında yaşayan 300 minə yaxın sakin həmin ərazidən köçürülmüşdü. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yaponiyada-jurnalist-ve-sakinler-haqqinda-tehqiramiz-ifade-isleden-nazir-istefaya-gonderilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR