Tanınmış aktyor narkotik istehsalı ilə bağlı HƏBS EDİLDİ

Tanınmış aktyor narkotik istehsalı ilə bağlı HƏBS EDİLDİ
10:34 26 Aprel 2017
130 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış oyunçusu Selim Erdoğan narkotik maddə ilə bağlı həbs edilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Marmarisdə kirayələdiyi villada yaşayan aktyor 840 qram narkotik maddə olan marixuana ilə yaxalanıb.

 

 

Bildirildiyinə görə, Marmaris Jandarmasına daxil olan məlumatda Selim Erdoğanın yaşadığı villada narkotik maddə istehsalı ilə məşğul olduğu qeyd olunub. Jandarmanın basqını zamanı villada narkotik maddə istehsalı üçün gərəkli olan avadanlıq, şüşə qablar və paketlənmiş halda 840 qram marixuana ələ keçib.

 

Aktyor basqın anında evdə olub və elə oradaca həbs edilib. Erdoğanın qonşuları isə “onun üstünə iftira atıblar" deyə müdafiəyə keçiblər. Araşdırmalar davam edir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273112

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR