ŞAD XƏBƏR: Siqareti tərgitməyin ən sadə üsulu

Siqaret çəkmək günümüzün ən pis vərdişlərindən biri olsa da, təəssüf ki, hər il siqaret çəkənlərin sayı artır. Araşdırmalar göstərib ki, siqaret çəkən şəxs çəkməyənlə müqayisədə 13-14 il az yaşayır. 1 siqaret insanın ömrünü 5 dəqiqə 30 saniyə azaldır. Bu gün siqaret xərçəng xəstəliyinin yayılma səbəbinin kökündə durur.

Metbuat.az xəbər verir ki, bu pis vərdişdən qidalar vasitəsilə xilas ola bilərsiniz.

Siqareti tərgitmək üçün ehtiyacınız olan vitaminlərdən ən önəmlisi C vitaminidir. Buna görə də, gündə bir stəkan limon suyu və ya limonad içməklə siqaretdən xilas ola bilərsiniz.

Siqareti südə batırıb, qurudub çəkənlər bu üsulun nə qədər iyrənc olsa da, effektli olduğunu deyir.

Şirinbiyan (Meyan kökü) siqareti atmağa kömək edir, eyni zamanda bəlğəm qovucu təsiri var. Siqaret çəkmək istəyi yarandıqda meyan kökü çeynəyin, bu siqaret ehtiyacınızın qarşısını alacaq.

Mütəxəssislər kərəvizin nikotin ehtiyacını qarşıladığını deyir.

Tanınmış amerikalı yazıçı Mark Tven belə deyib: “Siqareti buraxmaq çox asandır. Mən bunu min dəfə etdim”. Demək ki, bu işin min dəfəyə qədər yolu var. Əsas məsələ cəhd etməkdir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR