Bakıda məktəbli qızın çantasını əlindən almaq istəyən kişi tutulub

Bakıda məktəbli qızın çantasını əlindən almaq istəyən kişi tutulub
10:52 26 Aprel 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Bakıda 15 yaşlı qıza qarşı soyğunçuluğa cəhd edənin şəxsiyyəti müəyyənləşdirilib.
“Report”un xəbərinə görə, polisin keçirdiyi əməliyyat nəticəsində Lənkəran şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 177, 180 və 228 maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Mirzə Vahabov tutulub.
Xatırladaq ki, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi ev 8 B ünvanının qarşısında qeydə alınıb. Həmin ərazidə naməlum şəxs məktəb 2002-ci il təvəllüdlü A.İ.-yə qarşı zor tətbiq etməklə məktəbli çantasını əlindən almağa cəhd edib.
Məktəbli qışqırdığından naməlum şəxs hadisə yerindən qaçaraq uzaqlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-mektebli-qizin-cantasini-elinden-almaq-isteyen-kisi-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR