Ərdoğan Putinlə görüşün detallarını açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə söhbətin detallarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Ərdoğan detalları açıqlasa da, Putinin bəzi məsələləri qapalı saxlamasını düzgün hesab etdiyini bildirib:

“Görüş zamanı Vladimir Putin Suriya prezidentini dəstəkləmədiyini və onun vəkili olmadığını dedi. Mən onu bu fikirini dəstəkləyirəm”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, görüşdən əvvəl Ərdoğan Bəşər Əsədin hakimiyyətdən getməyəcəyi təqdirdə, münaqişənin həll variantının olmayacağını bildirmişdi.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR