Bakıda “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans başlayıb

Bakıda “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans başlayıb
10:57 26 Aprel 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Bakıda “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans başlayıb.
“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, tədbirin məqsədi hay-erməni saxtakarlıqlarını və uydurmalarını qədim mətnlərə və klassik mənbələrə əsaslanaraq ifşa etməkdir.
O deyib ki, ermənilər aprelin 24-nü qondarma “erməni sıyqırımı günü” kimi qeyd edirlər: "Erməniçiliyin sifarişi ilə muzdlu xarici müəlliflər tərəfindən yazılan çoxlu sayda “əsərlər” riyakarlığa əsaslanaraq, tarixi saxtalaşmaya yol açır, dünyaya yalan toxumu səpir, beynəlxalq ictimai rəyi çaşdırır. Uydurmalar isə qəbul edilmədiyi halda “çox əzabkeş” xalqın millətçiləri aqressiya və terrora əl atırlar: “Tarixşünas-coğrafiyaçı Erik Fayqlın dediyi kimi, “erməni terrorizminin kökləri tarixə yanlış baxımdan irəli gəlir… Müasir erməni terrorçularının unikallığı ondadır ki, tarix onlar üçün yeganə bəraətdir”. Araşdırmalar göstərir ki, istər hay-erməni xalqının kollektiv yaddaşında, istərsə də institusional (akademik və tədris) nəşrlərdə tarix və etnik-coğrafi yaşayış arealı mifoloji köklərə əsaslanır. Eyni zamanda qonşu xalqların hüquqlarına xələl gətirir. Nəticə etibarı ilə tarixi saxtalaşdırma mifi öncəki təsəvvürlərə əsasən, Kiçik Asiyanın avtoxton, sonradan ilk arilərin vətəni olan Ermənistanı, özü də qafqazlı olmayan hay-ermənilərin Balkandan miqrant olan və eyni zamanda Anadolunun avtoxton xalqına çevrilməsinə, daha sonra Anadolunun və Cənubi Qafqazın avtoxton millətinə və nəhayət, Hind-Avropa xalqlarının beşiyinə, ilk xristian ölkəsinə və “Böyük Armeniya” ərazisinin mədəni irsinin sahibinə gətirib çıxarmaq məqsədinə qulluq edir".
K.İmanov qeyd edib ki, erməni miflərini saymaqla bitməz.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/bakida-qedim-metnler-ve-klassik-menbeler-ermeni-saxtakarliqlarini-ve-uydurmalarini-ifsa-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR