İş yeri olmayan şəxslər, xəbəri oxuyun!

Bu gün banklar iş yerindən arayışı olmayanlar və dövlət işində işləməyənlərə kredit vermirlər. Belə olan təqdirdə, vətəndaş kredit götürmək üçün hansı alternativ varianta əl atmalıdır?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirdi ki, problemin əsas kökü bank faizlərinin çox yüksək olmasıdır:

“Əmək haqqlarının qeyri-leqal verilməsinin əsas səbəbi vergilərin yüksək olmasıdr. İşə götürənlər Sosial Müdafiə Fonduna hər işçiyə görə maşın 20%-i qədər ödəmələr edir. Bu da böyük bir məbləğ olduğundan, çox zaman qeyri-leqal müqavilələr bağlanır. Rəsmiləşdirilmədən, əlbəəl ödəmə ümumi vergidən yayınmaya səbəb olur. Bunun qarşısını almaq lazımdır. Bu məqsədlə vergi faizləri aşağı salınmalıdır ki, iş adamlarına stimullaşdırma olsun və onlar işə götürdükləri adamlarla normal əmək müqaviləsi bağlasınlar.

Yeganə vasitə zamin məsələsidir

Kredit verilməsi ilə bağlı bankların tələbləri ciddiləşib. Bu da onunla əlaqədardır ki, banklar verdikləri kreditləri geri yığa bilmirlər. Çünki problemli kreditlərin sayı ciddi şəkildə artıb. Ona görə də, daha sərt tələblər qoyurlar. Rəsmi maaşı olmayan şəxslərin kreditlərə çıxış imkanları məhduddur. Dövlət işində işləyən, yəni rəsmi şəkildə maaş alan şəxslər kredit götürən şəxslərə zamin dayanarsa, qanunvericilik və bank praktikası kredit götürməsini mümkün edir. Yeganə vasitə zamin məaəsləsidir.

Kiçik istehlak kreditlərinə böyük bir əmlakı girov qoymaq düzgün deyil!

Sizin 50 min manatlıq mənziliniz varsa, 2-3 minlik kredit götürürsünüzsə, mənzilin girov qoyulması anormaldır. Ancaq kiçik istehlak kreditlərində rəsmi maaş alan hansısa bir qohumun, tanışın zamınliyi kifayət edir. Amma bankın buna kredit verib-verməməsi bankların öz siyasətinə aiddir”.

Xəyalə Məmmədova / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR