Ermənistan ordusunun daha bir hərbçisi intihar edib

Ermənistan ordusunun daha bir hərbçisi intihar edib
11:02 26 Aprel 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun daha bir hərbçisi intihar edib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin İstintaq Komitəsi yayıb.
İnformasiyaya əsasən, müddətli hərbçisi Karen Avetisyan çənə nahiyəsindən aldığı güllə yarası nəticəsində ölüb. Məlumata görə, 19 yaşlı hərbçi pulemyotdan özünə atəş açaraq intihar edib. 
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb. 
Məlumata görə, bu, 2017-ci ildə Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən 4-cü hərbçidir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistan-ordusunun-daha-bir-herbcisi-intihar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR