Şəmkirdə fermada yanğın olub, çoban yanaraq ölüb

Şəmkirdə fermada yanğın olub, çoban yanaraq ölüb
11:12 26 Aprel 2017
178 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Şəmkir rayonunda fermada yanğın olub, çoban yanaraq ölüb.
"Report"un məlumatına görə, hadisə  aprelin 25-nə keçən gecə rayonunun Zəyəm-Cırdaxan kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini Alı Burcuyevə məxsus fermanın yardımçı otağında yanğın baş verib. Nəticədə 12 kvadratmetr sahədə yanar konstruksiyalar yanıb, yanğın söndürüldükdən sonra orada çoban işləyən, kənd sakini Aydın Ələsgərovun yanmış meyiti tapılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/semkirde-fermada-yangin-olub-coban-yanaraq-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR