Sərnişin təyyarəsində dava düşdü: "En aşağı"

Sərnişin təyyarəsində dava düşdü: "En aşağı"
11:12 26 Aprel 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Onur Air" şirkətinə məxsus təyyarənin İstanbul-Elazığ səfəri zamanı içkili bir kişi digər sərnişinlərlə dava edib.

Milli.Az habertürk-ə istinadən xəbər verir ki, ötən axşam saat 21.15 radələrində havaya qalxan "Airbus 320" tipli təyyarəsində başlayan dava enişə qədər davam edib. 

Dava edən sərnişinlərdən biri digərinə söyüşlə "En aşağı" deyə qışqırıb. Bəzi sərnişinlərin isə dava zamanı sinirlərinə hakim ola bilmədiyi və ağladıqları deyilir. Sərnişinlərin iddiasına görə, dava təyyarə eniş etdikdən sonra da davam edib və bəzi sərnişinlər eniş zamanı kəmər taxmayıblar.

Saat 23.30-da eniş edən təyyarəyə kapitan pilotun tələbi ilə polis gəldiyi, xarici ölkədə yaşadığı bildirilən içkili sərnişinin təyyarədən endirildiyi qeyd edilir. Ancaq barəsində heç bir şikayət olmadığı üçün sərbəst buraxılıb. 

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR