Bakıda “BMW” dəhşətli qəza törətdi: ölən və yaralananlar var

Bakıda “BMW” dəhşətli qəza törətdi: ölən və yaralananlar var
11:24 26 Aprel 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda avtomobil 4 piyadanı vurub. Lent.az xəbər verir ki, hadisə dünən saat 8:05-də Nizami rayonu Qara Qarayev prospekti 1 ünvanının qarşısında baş verib. “BMW” markalı, 10 BK 434 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Cəfərova Tamaşa Abbas qızı, 1993-cü il təvəllüdlü Ağazadə Dəyanət Adil oğlu, 1994-cü il təvəllüdlü Ağazadə İlham Xəlil oğlu və 1968-ci il təvəllüdlü Rzayev Rafiq Mədət oğlunu vurub. 63 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib. Digər şəxslər isə xəstəxanaya yerləşdirilib.

 

 

Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273118

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR