Çin səfiri: "Azərbaycan İpək Yolu regionunda əhəmiyyətli ölkədir"

Çin səfiri: "Azərbaycan İpək Yolu regionunda əhəmiyyətli ölkədir"
11:27 26 Aprel 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Çin 2016-cı ilin yekunları üzrə Azərbaycanın ən böyük yeddinci ticarət tərəfdaşı və üçüncü idxal mənbəyi olub.
"Report" "Sinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Vey Tszinhua məlumat verib.
Onun sözlərinə görə, Çin və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından sonrakı 25 il ərzində əlaqələr sağlam və sabit inkişaf xətti ilə saxlanılıb, bütün sahələrdə mübadilə və əməkdaşlıq daim dərinləşib.
"Ticari-iqtisadi əməkdaşlıqda Çin Azərbaycanın ən böyük yeddinci ticarət tərəfdaşı və üçüncü idxal mənbəyi olub. Çin tərəfinin statistikasına əsasən, Çin və Azərbaycan arasında ticarətin həcmi bir il əvvəllə müqayisədə 15,4% artaraq 2016-cı ildə 769 milyon dollara çatıb", - səfir bildirib.
İpək Yolu layihəsi barədə danışan çinli diplomat Azərbaycanın layihə regionunda əhəmiyyətli ölkə olduğunu qeyd edib.
"Bir kəmər, bir yol" təşəbbüsünün irəli sürülməsi Azərbaycana və digər ənənəvi enerji ölkələrinə iqtisadiyyatın transformasiyası üçün nadir tarixi fürsət qazandırıb, Azərbaycanın bütün dairələrində yüksək dərəcəli razılığa səbəb olub. İndi tərəflər yeni əməkdaşlıq sahələri qazanmaq, əməkdaşlıq üçün yeni perspektivlər açmaq, qarşılıqlı fayda əldə etmək məqsədilə "bir kəmər, bir yol" təşəbbüsünü Azərbaycanın 2020-ci ilədək olan strateji konsepsiyası ilə uzlaşdırmağa çalışırlar", - deyə o bildirib.
V.Tszinhua vurğulayıb ki, rəsmi Pekin Çin-Azərbaycan münasibətlərinin 25 il ərzindəki inkişafından razıdır və dövlətlərarası münasibətlərin gələcəyindən əmindir.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/cin-sefiri-azerbaycan-i-pek-yolu-regionunda-ehemiyyetli-olkedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR