Rusiya Britaniyanı nüvə silahı ilə hədələdi

Böyük Britaniyanın preventiv nüvə zərbəsi endirmə bəyanatına Rusiyadan cavab gecikməyib.

Metbuat.az xəbər verir ki, Britaniya müdafiə naziri Maykl Fellonun bəyanatına Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frans Klinçeviç münasibət bildirib:

"Böyük Britaniyanın müdafiə nazirinin bəyanatı onu göstərir ki, onlar nüvə təhlükəsinin qarşısının alınması üçün preventiv nüvə zərbəsi endirməyə hazırdırlar. Bu bəyanatın ünvanı isə Kremldir. Qarşı tərəf real nüvə təhlükəsindən şübhələnəcəksə, zərbə endirəcək. Bu ilk növbədə psixoloji müharibə hesab edilməlidir. Biz aydın şəkildə bəyan edirik ki, preventiv nüvə zərbəsinə nüvə silahı ilə cavab verəcəyik”.

Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon bəyan edib ki, ölkəsi ehtiyac olduğu halda önləyici nüvə zərbəsi endirməyə hazırdır.

Bəyanatı Leyboristlər Partiyasının rəhbəri Ceremi Korbin də dəstəkləyib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR