Rusiyada "xalq istiqrazları"nın satışına başlanılıb

Rusiyada "xalq istiqrazları"nın satışına başlanılıb
11:42 26 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Rusiyada bu gün, aprelin 26-da "xalq istiqrazı" kimi adlandırılan əhali üçün dövlət istiqrazlarının satışına start verilib. "Report" "Expert.ru" saytına istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına əsasən, dövlət əhalidən bu yolla 15 mlrd. rubl (268 mln. ABŞ dolları) cəlb etməyi planlaşdırır. İstiqrazın nominal qiyməti 1 000 rubl (18 dollar) olub. İstiqrazları "VTB24" və "Sberbank" kommersiya banklarından əldə etmək mümkündür. Hər bir vətəndaş minimum 30 ədəd və ya 30 min rubl (536 dollar), maksimum 150 ədəd və ya 150 min rubl (2 680 dollar) həcmində istiqraz ala bilər.
"Maliyyə Nazirliyi "xalq istiqrazları"nın satışını həyata keçirməklə "yastıq altında qalan pullar"ı iqtisadiyyata cəlb etmək istəyir", - deyə maliyyə naziri Anton Siluanov bildirib.
"Xalq istiqrazları"nın normal istiqrazlardan mahiyyətcə fərqi olmasa da, agent-banklar tərəfindən geniş xalq kütləsinə satıla bilmək imkanı var. Bununla yanaşı, ən önəmli amil isə əhalinin broker hesabı açmadan və birja əməliyyatları etmədən istiqrazları almaq imkanı ilə bağlıdır. Qeyd edək ki, dövlət isatiqrazları dövlət zəmanəti ilə emissiya edilib. Onların təkrar bazarı yoxdur və yalnız agent-banklara geri qaytarıla bilər.
Ekspertlərin fikrincə, getdikcə uçot dərəcəsinin və depozit faizlərinin düşməsini nəzərə alsaq, bu istiqrazlara hazırkı yüksək faizdən tələbatın böyük olaacağı gözlənilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiyada-xalq-istiqrazlari-nin-satisina-baslanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR