"Türkiyəli iş adamlarının Azərbaycana investisiyaları 9 mlrd. dolları ötüb"

"Türkiyəli iş adamlarının Azərbaycana investisiyaları 9 mlrd. dolları ötüb"
11:47 26 Aprel 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyəli iş adamlarının Azərbaycandakı investisiyaları ümumilikdə 9 mlrd. dolları ötüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Sahibkarlar Günü" ilə əlaqədar sahibkarlara ünvanladığı təbrikdə deyib.

Səfir bildirib ki, Azərbaycanın Türkiyədəki investisiyalarının səviyyəsi SOCAR-ın energetika sahəsindəki fəaliyyətləri nəticəsində 17-20 mlrd. dollara çatması gözlənilir: "Qeyd edilən bu irəliləyiş sadəcə hökumətlərimiz arasındakı yüksək səviyyəli  əlaqələrin nəticəsi deyil. İş adamlarımız və sahibkarlar assosiasiyalarımız ölkələrimizdəki güclü siyasi iradədən aldıqları dəstəklə təqdirəlayiq əlaqələr formalaşdıraraq iqtisadi sahədəki əlaqələrimizin dərinləşməsini sürətləndirib. Dərinləşən bu iqtisadi əlaqələr, ölkələrimizdəki rifah səviyyəsini yaxşılaşdıraraq yoxsulluğun azalmasına öz töhfəsini verir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/538841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR