Şəmkirdə çoban fermada yandı

Şəmkirdə çoban fermada yandı
11:47 26 Aprel 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir rayonunda ölümlə nəticələnən yanğın olub.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, aprelin 25-nə keçən gecə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndi ərazisində kənd sakini Alı Burcuyevə məxsus fermanın yardımçı otağında yanğın baş verib.

Fermada 12 kvm. sahədə yanar konstruksiyalar yanıb.

Yanğın söndürüldükdən sonra orada çoban işləyən, kənd sakini Aydın Ələsgərovun yanmış meyiti tapılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR