Daxili İşlər Nazirliyi dünən Bakının mərkəzində baş vermiş faciəvi hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 25-də Nəsimi rayonu Zorge küçəsindəki 5 mərtəbəli binada aparılan təmir işləri zamanı orada fəhlə işləyən Cəbrayıl rayon sakini Emil Həziyev ehtiyatsızlıqdan binanın damından yıxılaraq ölüb. Araşdırma aparılır.
Qeyd edək ki, hadisə güclü küləyin təsiri ilə baş verib.