Erməni hərbçisi pulemyotla özünü vurdu

Erməni hərbçisi pulemyotla özünü vurdu
11:57 26 Aprel 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun daha bir hərbçisi intihar edib.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı ölkənin İstintaq Komitəsi yayıb.
İnformasiyaya əsasən, müddətli hərbi qulluqçu, 19 yaşlı Karen Avetisyan çənə nahiyəsindən aldığı güllə yarası nəticəsində ölüb. O, pulemyotdan özünə atəş açaraq intihar edib. 

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb. 
Məlumata görə, bu, son bir həftə ərzində Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən 3-cü hərbçidir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR