Bakıda məktəbli qıza qarşı zor tətbiq edən kişi tutuldu

Bakıda məktəbli qıza qarşı zor tətbiq edən kişi tutuldu
11:57 26 Aprel 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 15 yaşlı qıza qarşı soyğunçuluğa cəhd edənin şəxsiyyəti müəyyənləşdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində Lənkəran şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 177, 180 və 228 maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Mirzə Vahabov tutulub.

Xatırladaq ki, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi ev 8 B ünvanının qarşısında qeydə alınıb. Həmin ərazidə naməlum şəxs 2002-ci il təvəllüdlü A.İ.-yə qarşı zor tətbiq etməklə məktəbli çantasını əlindən almağa cəhd edib.
Məktəbli qışqırdığından naməlum şəxs hadisə yerindən qaçaraq uzaqlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR