Pivə çox içən kişilər, bu xəbəri mütləq oxuyun!

Münhen tədqiqatçıları pivənin kişilər üçün zərərli olduğu qənaətinə gəlib.

Metbuat.az xəbər verir ki, bu içki ilk növbədə ürəyə məhvedici təsir göstərir. Pivə qəbul edən zaman ürəyin həcmi böyüyür, zəifləyir və bu qan dövranını zəiflədir. Pivənin vurduğu zərərlə yaranmış ürək böyüməsi təzyiqin artmasına səbəb olur və insanda ürək çatışmazlığı yaranır.

Pivənin tərkibindəki fitoestrogen hormonu qadınlara məxsusdur. Pivədən istifadə edilməsi kişilərə aid olan testosteron hormonunun hasilatını xeyli zəiflədir, nəticədə orqanizmdə hormonların balansı pozulur. Bu özünü əsasən insanın xarici görünüşün dəyişməsində ilk olaraq göstərir. Üzdə tüklər seyrəlir, səsin tembri dəyişir, qarın nayihəsində piy qatları artır.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR