Ermənistanda Azərbaycan almalarını tələsik məhv edirlər

Ermənistanda Azərbaycan almalarını tələsik məhv edirlər
12:05 26 Aprel 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanın Qida Təhlükəsizliyi Dövlət Xidməti 23 apreldən üç gün ərzində ölkədə Azərbaycanda istehsal olunan almaların satılması ilə bağlı KİV-də yayılmış məlumatın yoxlanması üçün bazarda genişmiqyaslı yoxlamalar keçirib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Mənbənin məlumatına görə, Dövlət Xidməti Yerevanda, Malatiya-Sebastiya inzibati dairəsində meyvə-tərəvəzlərin satıldığı kənd təsərrüfatı yarmarkalarında, Leninqradyan və Asratyan küçələrində meyvə-tərəvəz satış məntəqələrində və Xorenasi küçəsində yerləşən "1№-li erməni bazarında" yoxlamalar aparılıb. İnspektorlara bu məhsulları taparaq təcili məhv etmək tapşırılıb.

Lakin Dövlət Xidməti yoxlamalar aparılan ərazilərdə Azərbaycan istehsalı olan hər hansı məhsul, o cümlədən almaya rast gəlinmədiyi ilə bağlı məlumat yayıb.

Xatırladaq ki, erməni KİV-i Yerevan bazarlarında Azərbaycanın Quba rayonunda yetişdirilmiş almaların satışı ilə bağlı məlumat yaymışdı. Hətta bəzi erməni məmurları əhaliyə "təhlükəsizlik məsələlərinə" görə Azərbaycan almalarını almamaq çağırışı etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/538852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR