“Müharibə partiyası qalib gəlir” - Moskvadan HƏYƏCAN TƏBİLİ

“Müharibə partiyası qalib gəlir” - Moskvadan HƏYƏCAN TƏBİLİ
12:08 26 Aprel 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

“Kiyevdə müharibə partiyası qalib gəlir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Beynəlxalq təhlükəsizlik üzrə VI Moskva konfransında çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Təəssüf ki, Kiyevdə müharibə partiyası qalib gəlir. Təmas xəttində silahlı təxribatlar davam edir. Bunu ATƏT-in xüsusi monitorinq missiyasının məruzələri də göstərir. Donbasa qarşı blokada rejimi tətbiq edilib. Bu, yalnız regiona deyil, bütövlükdə Ukraynaya zərər vuracaq”, - Rusiya xarici siyasət idarəsinin başçısı söyləyib.

Lavrov bildirib ki, Kiyevin Minsk razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün “Normandiya formatı”nın (Rusiya, Ukrayna, Almaniya və Fransa daxildir –red.) israrlı davranışına ümid edir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196522.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR