Nazir: "S.Ərəbistanı Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır"

Nazir: "S.Ərəbistanı Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır"
12:12 26 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıda səfərdə olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl Falihi ilə görüşüb. 
"Report" xəbər verir ki, nazirlər siyasi, iqtisadi və mədəni və bir sıra digər məsələlər ətrafında müzakirə aparıblar.
N.Əliyev deyib ki, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri ilə OPEC çərçivəsində keçirilən tədbirlərdə sıx təmasda olur və Bakı görüşü əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.
X. əl Falihi isə qeyd edib ki, ölkəsi bir çox sahələrdə Azərbaycanla əməkdaşlıq edir və bu əməkdşalığın genişləndirilməsində maraqlıdır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri X.əl Falihinin Bakıya səfəri çərçivəsində Azərbaycanın energetika naziri N.Əliyevlə yanaşı ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov və SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşü nəzərdə tutulub. Bu gün səhər isə səudiyyəli naziri Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib.
X.əl Falihinin öz istəyinə uyğun olaraq Bibiheybət və Səngəçala baş çəkməsi də səfər proqramına daxil edilib.
Xatırladaq ki, ərəb nazirin səfəri aprelin 27-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/nazir-s-erebistani-azerbaycanla-emekdsaligin-genislendirilmesinde-maraqlidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR