Kot-d'İvuarda mayeləşdirilmiş təbii qazın yenidən qaz halına gətirilməsi üçün terminalın tikintisi bu ilin sonunda başlayacaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən II "Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı və neft-kimya" beynəlxalq forumunda "SOCAR Trading" şirkətinin layihələrin inkişafı və investisiyalar departamentinin rəhbəri Toğrul Köçərli deyib.
Onun sözlərinə görə, terminalın tikintisində SOCAR da iştirak edəcək.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində