Türkiyənin Jandarmeriya qüvvələrinin komandanı Azərbaycanda səfərdədir

Türkiyənin Jandarmeriya qüvvələrinin komandanı Azərbaycanda səfərdədir
12:12 26 Aprel 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Türkiyənin Jandarmeriya qüvvələrinin komandanı, ordu generalı Yaşar Gülər Azərbaycana səfərə gəlib.
"Report" xəbər verir ki, Y.Gülər səfəri çərçivəsində Fəxri xiyabanı ziyarət edərək Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsini anıb. Eyni zamanda, o, Şəhidlər xiyabanını və türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Y.Gülərin üç gün davam edəcək səfər çərçivəsində Azərbaycanın daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Zakir Həsənov, Sərhəd Qoşunları komandanı Elçin Quliyev və digər rəsmilərlə görüşəcəyi gözlənilir.
Görüşlərdə iki ölkənin müxtəlif güc strukturları arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq.



Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/turkiyenin-jandarmeriya-quvvelerinin-komandani-azerbaycanda-seferdedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR