Ermənistan ordusunda böyük çaxnaşma

Ermənistan ordusu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində növbəti dəfə itki verib.

“News.am” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata əsasən müddətli hərbçisi Karen Avetisyan çənə nahiyəsindən aldığı güllə yarasından ölüb. 19 yaşlı hərbçinin pulemyotdan özünə atəş açaraq intihar etdiyi məlum olub.

Bundan əlavə İrəvanda erməni hərbçi öz maşınında infarkt keçirərək ölüb. 31 yaşlı Armen Çaturyan Nubaraşen hərbi hissəsində mühəndis xidmətinin rəisi işləyib.

X X X

Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində düşmən ordusunun atəşkəsi pozan əsgəri cavab zərbəsi ilə məhv edilib.

Erməni KİV-ixəbər verir ki, ölən hərbçi 1998-ci il təvəllüdlü Karen Armeni Avedisyandır.

Onun meyiti işğal altında olan Qarabağın şimal istiqamətində yerləşən döyüş postunda aşkar edilib.

Faktı Ermənistanın Müdafiə Nazirliyi təsdiqləyib. Bununla bağlı araşdırma aparıldığı bildirilib.

Qeyd edək ki, ötən gün erməni əsgər, 1997-ci il təvvəllüdlü Narek Hmayak Harutyunyanın meyiti döyüş postunda aşkar edilmişdi. //Azvision.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR