Nazir: "Azərbaycan dünyada mühüm tranzit daşımalarda əsas tərəfdaşlardan biri kimi qəbul edilir"

Nazir: "Azərbaycan dünyada mühüm tranzit daşımalarda əsas tərəfdaşlardan biri kimi qəbul edilir"
12:17 26 Aprel 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan dünyada mühüm tranzit daşımalarda əsas tərəfdaşlardan biri kimi qəbul edilir.

Milli.Az Trend-ə istiadən xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road & Traffic 2017" beynəlxalq sərgisinin açılışında deyib.

Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin nəqliyyat sektorunun müasirləşməsi və inkişafı üçün məqsədyönlü dövlət siyasəti aparır: "Bu uğurlu siyasətin nəticəsidir ki, bu gün dəmir yolunda, hava və su nəqliyyatında əsaslı işlər aparılır, yuk və sərnişin daşımalarının həcmi artır. Cənab Prezidentin daim vurğuladığı kimi, tranzit daşımalar təbii sərvətlərlə müqayisədə qat-qat qiymətlidir".

R.Quluzadənin sözlərinə görə, tranzit üçün yaradılan etibarlı və müasir infrastruktur imkan verir ki, qoyulan investisiyalar gəlirə çevirilsin: "Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan hazırda dünyada mühüm tranzit daşımalarda əsas tərəfdaşlardan biri kimi qəbul edilir".

Nazir xatırladıb ki, hazırda Xəzər dənizinin sahilində ən böyük dəniz limanının inşası aparılır. Limanın yaxınlığında yaradılan xüsusi azad iqtisadi zona ölkəmizə investisiya yatırımı üçün geniş şərait yaradır: "İrəlidə görüləsi işlərimiz çoxdur. İnanıram ki, qarşımızda qoyulan vəzifələri layiqincə həyata keçirəcəyik".

R.Quluzadə vurğulayıb ki, ölkəmizdə ənənəvi olaraq hər il keçirilən Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road & Traffic 2017" beynəlxalq sərgisinə maraq ildən-ilə artır: "İnanıram ki, ən son texnologiyaların və yeniliklərin nümayiş olunduğu builki tədbirimiz də həmişə olduğu kimi, təcrübə mübadiləsinə və yeni əməkdaşıqların qurulmasına xidmət edəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR