Alimlər doğuş üçün ən yaxşı yaşı müəyyən etdi

Alimlər doğuş üçün ən yaxşı yaşı müəyyən etdi
12:23 26 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Alimlər doğuş üçün ən yaxşı yaşı müəyyəb edib.

Normal doğuş və sağlam körpə dünyaya gətirmək üçün həkimlər qadına ailə planlaşdırılması məsələsinə diqqətlə yanaşmağı tövsiyə edirlər. Və bu məsələdə gələcək ananın yaşı da mühüm rol oynayır. Son zamanlara qədər belə hesab olunurdu ki, doğuş üçün ideal yaş həddi 20-27-dir. Amma alimlərin son kəşfi bütün bu nəzəriyyələri təkzib edib.

Hansı yaşda ana olmaq barədə bütün dünyada çoxlu mübahisələr gedir. Bir tərəfdən gənc anaların orqanizmi daha möhkəm olur, onların yumurta hüceyrələri yetkin qadınlardakı kimi ətraf mühitin zərərli təsirlərinə məruz qalmır. Ancaq digər tərəfdən qadınlar ilbəil nikaha daha gec yaşda girir, daha çox öz karyerası ilə məşğul olur, səyahət edir və gənclik illərini daha qayğısız keçirməyə üstünlük verirlər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Texas Universitetinin professoru doktor Con Mirovski müəyyən edib ki, müasir həyat tərzi sürən qadının ana olmaq üçün ideal yaşı 34-dür. Professor bunu aşağıdakı arqumentlərlə izah edib.

34 - qadın orqanizmi üçün dünyaya sağlam uşaq gətirmək baxımdan optimal yaşdır. Bundan başqa, gənc yaşda qadınlar doğuşu çətinləşdirə biləcək müxtəlif xəstəliklərdən əziyyət çəkir. Psixoloqlar da bu nəzəriyyəni müdafiə edib. Onların apardığı tədqiqatlar təsdiq edib ki, 30 yaşda qadınların tərəf müqabili ilə münasibətləri daha ciddi və stabil hal alır, sabit qazancları olur. Nəticə etibarı ilə kifayət qədər həyat təcrübəsi olan qadın uşağa daha yaxşı tərbiyə verə bilir.

Lakin həkimlər onu da xəbərdar edib ki, qadınlarda 35 yaşdan sonra xroniki xəstəliklərin inkişafı və ağırlaşması riski, o cümlədən reproduktiv sisteminin xəstəlikləri artır. Odur ki, bu yaşdan sonra hamiləlik ciddi həkim nəzarəti altında planlaşdırmalıdır.

Hansı yaşda ailə qurub övlad sahibi olmağı düşündüyünüzdən asılı olmayaraq unutmayın ki, bu, çox məsuliyyətli qərardır və uşağın dünyaya gəlməsi sizin bütün həyatınızı dəyişəcək. Ona görə də buna böyük ciddiyyətlə yanaşmaq lazımdır.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/196526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR