Temperatur 22 dərəcəyə qalxacaq - SABAH

Temperatur 22 dərəcəyə qalxacaq - SABAH
12:29 26 Aprel 2017
93 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 6-9°,  gündüz 15-20°, Bakıda gecə 6-8°, gündüz  17-19° isti olacaq. 

 

Rayonlarda hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 6-11°, gündüz 17-22°,  dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273128

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR