Saxalində terror törətməyə hazırlaşmaqda şübhəli bilinən İŞİD-in iki tərəfdarı tutulub

Saxalində terror törətməyə hazırlaşmaqda şübhəli bilinən İŞİD-in iki tərəfdarı tutulub
12:32 26 Aprel 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Saxalində terror törətməyə hazırlıqda şübhəli bilinən terrorçu İŞİD qruplaşmasının iki tərəfdarını tutublar.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu FTX-nin İctimaiyyətlə əlaqələr mərkəzindən bildiriblər.
Məlumata görə, saxlanılan şübhəlilər Saxalində adamların kütləvi axın etdiyi yerdə terror aktı törətməyə hazırlaşırmış.
Xəbərdə bildirilib ki, şübhəlilərdən biri Rusiya, digəri isə Orta Asiya ölkələrindən birinin vətəndaşıdır. Onların yaşadığı mənzildən əldəqayırma partlayıcı qurğu, İŞİD-in təbliğat materialı, habelə Rusiyada yasaqlanan ədəbiyyat aşkarlanaraq götürülüb.  

Xəbərin orijinal ünvanı: https://report.az/region/saxalinde-terror-toretmeye-hazirlasmaqda-subheli-bilinen-i-si-d-in-iki-terefdari-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR