Azərbaycanda yeni dərman zavodu inşa olunacaq

Azərbaycanda yeni dərman zavodu inşa olunacaq
12:32 26 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Bu ilin iyun ayında Pirallahı Sənaye Parkında növbəti dərman zavodunun təməlinin qoyulması planlaşdırılır.
"Report"  xəbər verir ki, bu barədə jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
Onun sözlərinə görə, hazrda bu məqsədlə BƏƏ ilə müvafiq danışıqlar aparılıb, bu ilin fevral ayında memarandum imzalanıb və gələn ay isə ikitətərfli görüş keçiriləcək.
Nazir müavini bildirib ki, görülən bu işlər ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biridir.
Qeyd edək ki Pirallahı Sənaye Parkında artıq 2 əczaçılıq zavodunun təməli qoyulub.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-yeni-derman-zavodu-insa-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR