Ərdoğan həbs edilmiş azərbaycanlı biznesmendən danışdı: "Atamın oğlu deyil"

Ərdoğan həbs edilmiş azərbaycanlı biznesmendən danışdı: "Atamın oğlu deyil"
12:37 26 Aprel 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan keçən il ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabla bağlı sualı cavablandırıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Reuters"ə müsahibəsi zamanı Ərdoğana ABŞ prezidenti Donald Trampla keçirəcəyi görüşdə Türkiyə vətəndaşı olan Rza Zərrabın məsələsini gündəmə gətirib-gətirməyəcəyi sualı ünvanlanıb. O, Rza Zərrabla bağlı məsələnin gündəmdə olduğunu deyib:

"Atacağımız addımlardan biri də Rza Zərrab ilə bağlı olacaq. O, mənim atamın oğlu deyil, amma mənim vətəndaşımdır. Əgər günahı varsa, bizim Ədliyyə Nazirliyinə də materiallar təqdim edilməlidir. Yoxsa uydurulmuş ittihamlarla həbsdə saxlanarsa, vətəndaşına sahib çıxa bilməyən dövlət kimi tanınarıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR