Azərbaycanda 17 sahibkara 87 mln. manatlıq investisiya təşviqi sənədi verilib

Azərbaycanda 17 sahibkara 87 mln. manatlıq investisiya təşviqi sənədi verilib
12:42 26 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azpromo") təşkilatçılığı ilə "Sahibkarlar Günü”nə həsr olunan konfrans keçirilir.
"Report"un məlumatına görə, tədbir çərçivəsində sahibkarlara investisiya təşviqi sənədləri təqdim olunub. 
Belə ki, 16 sahibkarlıq subyektinə ümumi dəyəri 86,52 mln. manat olan investisiya təşviqi sənədi verilib. 
Bundan başqa, 15 sahibkara ixracla bağlı 731,4 min manat məbləğində geri ödəmə barədə məktub-sərəncamlar təqdim edilib. 
Qeyd edək ki, indiyə qədər azərbaycanlı sahibkarlara verilən 140-a yaxın investisiya təşviqi sənədi üzrə 1,2 mlrd. manatlıq investisiya qoyuluşu və 8 min iş yerinin açılması nəzərdə tutulur. Artıq həmin sənədlərin 45-i üzrə layihələr reallaşdırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-17-sahibkara-87-mln-manatliq-investisiya-tesviqi-senedi-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR