Türkiyənin Jandarma Qüvvələrinin komandanı Bakıda

Türkiyənin Jandarma Qüvvələrinin komandanı Bakıda
12:43 26 Aprel 2017
77 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Jandarma Qüvvələrinin komandanı, ordu generalı Yaşar Gülər Azərbaycana səfərə gəlib.

"Report" xəbər verir ki, Y.Gülər səfəri çərçivəsində Fəxri xiyabanı ziyarət edərək Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb.

Eyni zamanda, o, Şəhidlər xiyabanını və türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Y.Gülərin üç gün davam edəcək səfər çərçivəsində Azərbaycanın daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Zakir Həsənov, Sərhəd Qoşunları komandanı Elçin Quliyev və digər rəsmilərlə görüşü planlaşdırılır.

Görüşlərdə iki ölkənin müxtəlif güc strukturları arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/196532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR