Nazirlik rəsmisi: "Son illər peyvəndin təsiri nəticəsində uşaqlar arasında xüsusi ağırlaşma halları qeydə alınmayıb"

Nazirlik rəsmisi: "Son illər peyvəndin təsiri nəticəsində uşaqlar arasında xüsusi ağırlaşma halları qeydə alınmayıb"
12:52 26 Aprel 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ "Rayonlarda peyvənddən imtina hallarına çox da rast gəlinmir. Belə hallar adətən paytaxt Bakıda olur. Bu da valideynlərin internetə daxil olaraq orada peyvəndlə bağlı neqativ informasiyalar əldə etmələri ilə bağlıdır".
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika və Gigiyena Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva mətbaut konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda peyvəndlərdən kənarda qalma göstəriciləri uşaqlar arasında müxtəlifdir: "İl ərzində uşaqların müxtəlif peyvəndlərlə əhatə olunması 95-97 faiz, bəzilərində isə 98-99 faiz təşkil edir. Kənarda qalma halları əsasən tibbi əks göstərişlər zamanı baş verir. Yəni, uşaq xəstədirsə, ona peyvənd vurulmur. Belə uşaqlar tam sağaldıqdan sonra peyvəndə cəlb olunurlar".
Nazirlik rəsmisi qeyd edib ki, bəzi hallarda valideynlər peyvənddən imtina edirlər: "Uşaqların peyvənddən kənarda qalma faizi çox aşağıdır. Əsasən valideynlər göyöskürək, difteriya və digər xəstəliklərə qarşı olan AKDC vaksinin imtina edirlər. Çünki göyöskürək kompanenti bəzi hallarda uşaqlarda yanaşı təsir verə bilər ki, bu da normal haldır. Valideynlər bunu bilməli və qorxmamalıdır".
A.Əliyeva peyvəndlərin tərkibində ağır metalların həcminin daha çox olması ilə bağlı Rusiya mətbuatında yayılan məlumatlara da münasibət bildirib.
O deyib ki, hazırda peyvəndlərin tərkibində ağır metallar çox az miqdardadı: "Son illər peyvəndin təsiri nəticəsində uşaqlar arasında xüsusi ağırlaşma halları qeydə alınmayıb. Yalnız adi yanaşı təsirlər meydana çıxa bilər. Bu da peyvəndin yerində olan qızartılar, ağrı hissiyatı, şişkinlik halları ola bilər. Bu da heç bir həkim müalicəsi olmadan 2-3 günə keçir. Peyvəndən sonra hərarətin 38,5-ə qədər qalxması yanaşı təsirdir. Yəni, bu orqanizmə daxil olan antigenə qarşı bədənin reaksiyasıdır. Ölkəyə gətirilən bütün peyvəndlər bir dozalı flakonlarda olur və tərkibində heç bir konservant yoxdur. Ona görə də hər hansı bir ağır nəticə qeydə alınmır".

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/nazirlik-resmisi-son-iller-peyvendin-tesiri-neticesinde-usaqlar-arasinda-xususi-agirlasma-hallari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR