2025-ci ilədək kommersiya qazının hasilat həcmi açıqlandı

2025-ci ilədək kommersiya qazının hasilat həcmi açıqlandı
13:05 26 Aprel 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

2025-ci ilədək Azərbaycanda kommersiya qazının hasilatı ildə 40 milyard kubmetrə çatacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən II "Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı və neft-kimya" beynəlxalq forumunda SOCAR-ın qaz ixracatı şöbəsinin rəisinin birinci müavini Nazim Səmədzadə deyib.

Onun sözlərinə görə, SOCAR-dan Gürcüstana tədarük olunan qazın illik həcmi 1,2 milyard kubmetr təşkil edir.

O qeyd edib ki, Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatları 2,5 trilyon kubmetr həcmində dəyərləndirilir:

"Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından hər il Gürcüstana 800 milyon kubmetr, Türkiyəyə 6,6 milyard kubmetr qaz tədarük olunur. 1,5 milyard kubmetr qaz ölkənin daxili istehlakının təminatına yönəldilir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR