İndiyə qədər Azərbaycanda 445 sahibkara partnyor vergi ödəyicisi statusu verilib

İndiyə qədər Azərbaycanda 445 sahibkara partnyor vergi ödəyicisi statusu verilib
13:07 26 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ İndiyə qədər Azərbaycanda partnyor vergi ödəyici statusunun alınması vergi orqanlarına üçün müraciət edən və müəyyən olunmuş meyarlara uyğun olduğu müəyyən edilən 681 sahibkar barədə məlumatlar araşdırılıb.
“Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktorunun müavini Elçin Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bunlardan 445 vergi ödəyicisinin elektron ünvanına “Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə” bildiriş verilib.
E.Məmmədov həmçinin bildirib ki, bu ilin I rübündə təmsil etdiyi xidmət mərkəzlərində qəbul edilmiş vergi ödəyicilərinin sayı 171 785 nəfər, göstərilmiş xidmətlərin sayı isə 279 571 olub. Müraciət etmiş şəxslərin 73,2%-i məhz regionlarda yerləşən xidmət mərkəzlərinə üz tutub: “Xidmət mərkəzlərində Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi adından vergi ödəyicilərinə “ASAN imza” üzrə sertifikat xidmətləri göstərilir. Aprelin 1-nə qədər 270 758 “ASAN imza” sertifikatı verilib”.
Bundan başqa, onun sözlərinə görə, 3 ay ərzində 22 865 vergi ödəyicisi fəaliyyətini bərpa edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,4% çoxdur: “Eyni dövrdə 8 071 və yaxud ötən ilin müvafiq dövrünə nisbətən 3 dəfə çox təsərrüfat subyekti fəaliyyətini bərpa edib. Fəaliyyətini dayandırmış təsərrüfat subyektlərinin sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,9% azalıb”.
Nazirlik rəsmisi həmçinin qeyd edib ki, Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən fəaliyyət növləri ilə məşğul olan şəxslər “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”in alınması ilə bağlı xidmət mərkəzlərinə müraciət etdikdə sabit vergi üzrə qəbz yerindəcə hazırlanır və möhürlənərək vergi ödəyicilərinə təqdim edilir. Bu qəbildən olan vergi ödəyiciləri ilə aparılmış məlumatlandırma işləri nəticəsində aprelin 1-nə qəbz almış vergi ödəyicilərinin sayı 953-ə çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-445-sahibkara-partnyor-vergi-odeyicisi-statusu-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR