Beşinci dəfə evlənən 60 yaşlı polkovnik danışdı

Hərb Tarixi Muzeyinin rəhbəri, polkovnik Əzizağa Qənizadə özündən 28 yaş kiçik xanımla evlənməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Polkovnik Metbuat.az-a bildirib ki, saytlar yazıb ki, o, beşinci dəfə yox, üçüncü dəfə ailə qurub:

“Mən üçüncü dəfədir ailə həyatı qururam. Əvvəlki həyat yolldaşımdan ayrılmışam, tək yaşayırdım, indi evlənmişəm. Burada problem yoxdur. Şəxsi həyatdır. Birinci yoldaşımdan bir oğlum, ikincidən isə iki oğlum var. Əvvəlki yoldaşım ilə xasiyyətimiz düz gəlmirdi. 8 il biz vuruşduq, gördük ki, doğurdan da alınmır. İndiki həyatla yoldaşımla sevərək ailə qurmuşuq. Biz 2 il yarım bir yerdə işləmişik. Bu düşünülmüş bir addım idi”.

Qeyd edək ki, polkovnik Əzizağa Qənizadə muzeydəki iş yoldaşı Gülşən Hüseynova ilə ailə həyatı qurub. Ə.Qənizadə 1957-ci il təvəllüdlü (60 yaş), həyat yoldaşı isə 1985-ci il təvəllüdlüdür (32 yaş).

Polkovnik Ə. Qənizadə Əfqanıstanda və Qarabağda döyüşlərində iştirak edib. 1992-1993-cü illərdə Qarabağda gedən döyüşlərdə reyd taborunun komandiri, 1993-cü ilin əvvəllərində 701 saylı briqadanın komandiri olub. O, Bakı Ümumqoşun Komandirləri Məktəbində Müdafiə naziri Zakir Həsənovla bir yerdə təhsil alıb.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR