Ən dadlı tikə kababı necə bişirmək olar?

Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur. Kababın müxtəlif növləri var..

Metbuat.az tikə kababın hazırlanma qaydasını təqdim edir: Tərkibi:
350 qram qoyun əti,
60 qram baş soğan,
40 qram göy soğan,
10 qram cəfəri və reyhan,
3 qram sumaq yaxud 5 qram narşərab
İstiot, duz.

Hazırlanmasına gəldikdə, qoyun cəmdəyinin bud hissəsindən 30-35 tikələr kəsilib şişə taxılır. Üstünə duz səpilir, hamarlanıb manqalda közərmiş kömür üzərində qızardılır. Qoyun əti şişə taxılan zaman həm yağlı, həm yağsız tikələr götürülməlidir.
Manqalda tikə kababın yanmaması üçün odun sönüb közə düşməsini gözləmək lazımdır. Bu zaman tikə kabab yanmaz və ləzzətli olur.

Kömürün alovsuz olmasına və ətin bir qaydada bişməsinə diqqət edilməlidir. Şişlər arabir çevrilməlidir.
Tikə kababı hazır olandan dərhal sonra süfrəyə verilməlidir. Tikə kababın yanında halqavari doğranmış baş soğan, habelə çöp şəklində doğranmış göy soğan süfrəyə verilir. Bundan başqa tikə kababın yanında 1/6 ədəd limon, yaxud 5 q narşərab, sumaq, döyülmüş istiot, duz qoyulur.

Nuş olsun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR