Ağdaşda DƏHŞƏTLİ QƏZA: 7 yaralı var

Ağdaşda DƏHŞƏTLİ QƏZA: 7 yaralı var
13:17 26 Aprel 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş rayonunda 7 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdaş-Qəbələ yolunda, Dəhnə kəndi ərazisində qeydə alınıb.

Beyləqan və Ağdaş sakinlərinə məxsus "VAZ 2107" və "VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində Beyləqanın Kəbirli kənd sakinləri olan bir ailənin 3 üzvü - Məmmədov Əliqəmə Məhəmməd oğlu, 1965-ci il təvəllüdlü Məmmədov Şaiq Məhəmməd oğlu, 1984-cü il təvəllüdlü Məmmədov Mais Əliqəmə oğlu, 1985-ci il təvəllüdlü Zamanov Məhəbbət Nəriman oğlu, Bakının Suraxanı rayon sakini, 1964-cü il təvəllüdlü Nəbiyeva Sevinc Hümmət qızı, Ağdaşın Dəhnə kənd sakini 1989-cu il təvəllüdlü Dostiyev Emin Namizəd oğlu, Ağdaş şəhər sakini, 1954-cü il təvəllüdlü Hacıyev Firuz Seyid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR