Nalbandyan Elmar Məmmədyarovla GÖRÜŞDƏN QAÇDI

Nalbandyan Elmar Məmmədyarovla GÖRÜŞDƏN QAÇDI
13:18 26 Aprel 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 27-də Moskvada keçirilməsi gözlənilən Azərbaycan, Rusiya və Ermənmistanın xarici işlər nazirlərinin görüşü olmayacaq.

Publika.az
xəbər verir ki, bununla bağlı Ermənistanın “Qraparak” qəzeti yazıb.

Qəzetin diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistan tərəfi görüşdən imtina edib.

“Moskvada Nalbandyan, Məmmədyarov və Lavrovun görüşü olmayacaq. Bu haqda rəsmi açıqlama verilməyib”, - deyə diplomatik mənbə qeyd edib.

Qəzet Ermənistan tərəfinin üçtərəfli formatda görüşdən bir neçə dəfə imtina etdiyini xatırladıb.

İki gün sonra Qarabağ üçün nələr olacaq? - Diplomatik mənbə “RUS PLANI”NI AÇDI



Qeyd edək ki, Ermənistanın “lragir” saytı dünən diplomatik mənbələrə istinadən yazmışdı ki, İrəvan rusların təzyiqini bildiyi üçün üçtərəfli formatda görüşdən imtina edirdi.

“Lakin sona qədər dirənmək mümkün olmadı və mübarizə artıq görüşdə davam etdiriləcək”, - deyə İrəvandakı diplomatik mənbə bildirib.

Sayt yazırdı ki, Minsk qrupu olmadan keçirilən üçtərəfli format Rusiyaya Ermənistanı münaqişənin həllinə məcbur etmək imkanı yaradır.

“Üçtərəfli format – bu Azərbaycanın diplomatik qələbəsidir”, - deyə erməni saytı qeyd edirdi.

Asif

Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/196537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR