Culiya Roberts "El-Klassiko"da - FOTO

Culiya Roberts "El-Klassiko"da - FOTO
13:42 26 Aprel 2017
107 İdman
Ölkə mətbuatı
A- A+

Məşhur aktrisa Culiya Roberts ötən bazar günü Madriddəki "Santyaqo Bernabeu" stadionunda "Real"la "Barselona" arasında keçirilən "El-Klassiko"nu izləyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda İspaniya mətbuatı məlumat yayıb.

O, Kataloniya klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşan matçdan sonra "Real"ın futbolçuları Kriştianu Ronaldu, Serxio Ramos və "Barselona"lı Lionel Messiylə şəkil çəkdirib.

Onunla Serxio Ramos arasında qısa dialoq da olub. Culiya Robers Ramosa deyib: "Sən bu gün həmişəki kimi əla oynadın".

Məşhur aktrisa oyundan sonra həmçinin stadionun meydançasına daxil olub və orda da şəkil çəkdirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538901.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR