PA rəsmisi amerikalı siyasətçiyə YERİNİ GÖSTƏRDİ

PA rəsmisi amerikalı siyasətçiyə YERİNİ GÖSTƏRDİ
13:43 26 Aprel 2017
61 Digər
Ölkə mətbuatı
A- A+

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov onun haqqında yalan məlumatlar yayan amerikalı siyasətçi Skott Dvorkini tənqid edib.

Publika.az
xəbər verir ki, PA rəsmisi“Twitter” hesabında qeyd edib ki, Dvorkindən üzr istəməyi tələb etsə də, amerikalı siyasətçi susmağa üstünlük verdi: “Gözlədiyimdən daha bir həftə keçib. Lakin yenidən susqunluğu davam etdirməyə qərar verdiniz. Görünən odur ki, yalan və böhtan yaymaq gündəlik işinizdir. Sizin kimilərin belə işlərdən xoşu gəlir – müəyyən bir şəxsi hədəf alaraq ictimai rəy formalaşdırmaq və sonadək istənilən bir şey barədə yazmaq. Kozlariç də yalanlarınızı oxumaqdan məmnun idi. Sizin prezident Donald Trampla mövcud olan problemlərinizi nəzərə alsaq, düşünürəm ki, tanımadığınız insanlar barədə əhvalatlar yazmaqla təsəlli tapırsınız”.

Qeyd edək ki, ötən həftə amerikalı siyasətçi N.Məmmədovun ABŞ-da iki evinin olduğunu iddia edib. N.Məmmədov isə cavabında qeyd edib ki, sübut edərsə, evlərindən birini ona verəcək. Lakin Skott Dvorkindən səs çıxmayıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/196543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR