Heydər Əliyev Sarayı bir ilkə imza atdı - FOTO

Heydər Əliyev Sarayı bir ilkə imza atdı - FOTO
13:57 26 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Sarayından daha bir yenilik

Milli.Az xəbər verir ki, Heydər Əliyev Sarayı öz təşəbbüsü ilə mədəniyyət müəssisələri və təşkilatları arasında daha bir ilkə imza ataraq Sarayın mobil tətbiqini istifadəyə verib. Məqsədimiz IV İslam Həmrəyliyi Oyunları, "Formula-1" Azərbaycan Qran-prisi və Bakı Şoppinq Festivalı kimi mötəbər tədbirlərin keçiriləcəyi müddətdə ölkəmizə gələcək xarici qonaqlara, turistlərə və yerli tamaşaçılarımıza beynəlxalq standartlara uyğun, ən yüksək səviyyəli xidmət göstərməkdir.

IOS və Android əməliyyat sistemli mobil cihazların istifadəçiləri Heydər Əliyev Sarayının mobil tətbiqini App Store və Google play mağazalarından yükləyə bilərlər.

Xarici qonaqlar, turistlər və yerli tamaşaçılar bu tətbiq vasitəsi ilə Heydər Əliyev Sarayı haqqında və afişa bölməsində Sarayda keçiriləcək təbdir və konsertlər haqqında ətraflı informasiya ala bilərlər. İstifadəçilər mobil tətbiq vasitəsilə Heydər Əliyev Sarayının Facebook, İnstagram, Youtube səhifələrini və Sarayın saytını izləmək imkanı əldə edəcək və eyni zamanda e-bilet bölməsindən Heydər Əliyev Sarayında keçirilən bütün tədbir və konsert proqramlarına onlayn bilet əldə edə biləcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/538906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR